logo
Operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb

Operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb

Operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb Operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ölkəmizdə fəaliyyət göstərən telekommunikasiya operator və provayderləri ilə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin müzakirəsi aparılıb.

Agentliyin sədri vəzifəsini icra edən Nail Mərdanov giriş sözü ilə çıxış edərək tənzimləyici mühitin formalaşması, tənzimləmə və nəzarət institutunun təkmilləşdirilməsinin zərurəti və əhəmiyyəti, bunun beynəlxalq reytinqlərə təsirinin əhəmiyyəti, həmçinin ölkəmizdə tənzimləmə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Nail Mərdanov, eyni zamanda tənzimləyici qurum tərəfindən görülən işlər barəsində məlumatları diqqətə çatdırıb və İKTA tərəfindən internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilinin aparıldığını bildirib.

Daha sonra İKTA əməkdaşları tərəfindən internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi ilə bağlı təqdimat edilib. Bildirilib ki, təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin 60 indikatorundan istifadə edilib.

Qeyd edək ki, aparılan təhlil İKTA-nın internet resurslarında yerləşdirilib və ondan telekommunikasiya sahəsində fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri, ictimaiyyətin təmsilçiləri və ümumilikdə bu sahəyə maraq göstərən hər bir şəxs müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə edə bilər.

Təqdimatdan sonra operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib. Müzakirələrdə, həmçinin Azərbaycanda internetin sürət həddinin qaldırılması istiqamətində atılması zəruri olan məsələlər və dövlət-özəl tərəfdaşlığı imkanlarından da danışılıb. O cümlədən qeyd olunan məsələlər ətrafında mütəmadi fikir mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.

İKTA bir daha rəsmi saytında yerləşdirilən təhlil ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media