https://innews.media/uploads/news/2024-02/_innews_3f4948e3709fa1a9438e24e8e_o.jpg
Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar abidə önünə güllər qoyulub, soyqırımı qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin