https://innews.media/uploads/news/2024-02/_innews_cf82b4d86dee99a69dd14cdbd_o.jpg
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Bakı Metropoliteni” QSC kollektivi Xətai rayonunda yerləşən abidəni ziyarət ediblər.
Bütün xalqımız kimi, metropolitençilər də bu il o müdhiş gecədə qətl edilən Azərbaycan övladlarının xatirəsini bir təsəlli ilə anırlar. 2023-cü ilin sentyabrında 24 saatdan da az davam edən antiterror əməliyyatları nəticəsində Xankəndi, Xocavənd, Əsgəranla yanaşı, Xocalıda Azərbaycan bayrağı dalğalandırıldı və Azərbaycanın suverenliyi və Konstitusiya quruluşu bu ərazilərdə də bərpa olundu. Torpaqlarımızın azadlığı uğrunda həyatını itirmiş şəhidlərin, eləcə də tariximizin ən qanlı səhifələrindən biri - Xocalı soyqırımının qurbanlarının qanı yerdə qalmadı.
Hər il paytaxtda Xocalı soyqırımı abidəsinini ziyarət edərək, o dəhşətli gecədə qətl edilən həmvətənlərimizin ruhuna dualar oxuyan metropolitençilər “Ana fəryadı” abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Ən son xəbərləri səhifəmizdən də izləyin