logo
Türk Mədəniyyəti və İrsi Fondu Xocalı Soyqırımının 32-cu ildönümünü yad edir

Türk Mədəniyyəti və İrsi Fondu Xocalı Soyqırımının 32-cu ildönümünü yad edir

Türk Mədəniyyəti və İrsi Fondu Xocalı Soyqırımının 32-cu ildönümünü yad edir Türk Mədəniyyəti və İrsi Fondu Xocalı Soyqırımının 32-cu ildönümünü yad edir

Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi Azərbaycan Respublikası Xocalı Soyqırımının 32-ci ildönümünü yad edir.

Azərbaycan xalqının milli faciəsi olan Xocalı soyqırımı 1992-cı ilin fevralın 26-da erməni təcəvüzkarları tərəfindən törədilmiş bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Həmin amansız faciə nəticəsində Xocalıda yüzlərlə günahsız insan erməni vandalları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Türk Mədəniyyəti və İrsi Fondu Xocalı soyqırımı da daxil olmaqla, sülh və insanlığa qarşı törədilən bütün cinayətləri şiddətlə qınayır, onları törədənlərin siyasi və hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsini tələb edir.

44 günlük Vətən müharibəsi zamanı, habelə Qarabağda aparılan anti-terror əməliyyatları nəticəsində Azərbaycanın üç rəngli bayrağının Qarabağda, xüsusən Xocalıda dalğalanması bütün Türk xalqları üçün böyük fəxarət mənbəyi olmaqla yanaşı, həm də Şəhidlərin qanının yerdə qalmadığının ən bariz və qürurverici göstəricilərindəndir.

Türk Mədəniyyəti və İrsi Fondu Xocalı qurbanlarının xatirəsini dərin ehtiram və hüznlə yad edir, Şəhidlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media