logo
Bakıda tələbə gənclərin iştirakı ilə "NEVER FORGET!" fləşmobu: Heç Vaxt, Unutmayacağıq! - VİDEO

Bakıda tələbə gənclərin iştirakı ilə "NEVER FORGET!" fləşmobu: Heç Vaxt, Unutmayacağıq! - VİDEO

Bakıda tələbə gənclərin iştirakı ilə "NEVER FORGET!" fləşmobu: Heç Vaxt, Unutmayacağıq! - VİDEO Bakıda tələbə gənclərin iştirakı ilə "NEVER FORGET!" fləşmobu: Heç Vaxt, Unutmayacağıq! - VİDEO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş ümumilikdə paytaxtdan olan 5 minə yaxın tələbənin iştirakı ilə “NEVER FORGET!” adlı fləşmob keçirilib.

Fləşmobun başlıca məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub.

“Heç Vaxt, Unutmayacağıq!” şüarı ilə reallaşan fləşmobda tələbə gənclərdən ibarət formalaşdırılan “NEVER FORGET!” kompozisiyası bəşəriyyətə qarşı yönəlmiş bu hərbi cinayətin hər zaman yaddaşlarda qaldığına işarə edib.

Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media