https://innews.media/uploads/news/2024-02/_innews_199d6fe63def71f4ee16ee628_o.jpg
“Nar”-ın dəstəyi ilə "Şəkərbura Şou" intellektual oyununun fevral ayının finalı keçirilib. Mobil operator oyunun qaliblərini mükafatlandırıb.
2022-ci ildə start götürən "Şəkərbura Şou" layihəsi hər mövsüm öz biliklərini, intuisiya və komandada işləmək bacarığını sınamaq istəyən yüzlərlə oyunçunu bir araya gətirir. Oyunda ümumilikdə 27 komanda olmaqla, 200-ə yaxın oyunçu iştirak edib.
“Nar” sosial məsuliyyətli mobil operator olaraq asudə intellektual vaxtın keçirilməsini təşviq edən təşəbbüsləri dəstəkləyir. Mobil operatorun bu istiqamətdəki fəaliyyəti ilə nar.az/projects səhifəsində tanış ola bilərsiniz.