logo
Akademik Akif Əlizadənin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Akademik Akif Əlizadənin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Akademik Akif Əlizadənin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib Akademik Akif Əlizadənin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda görkəmli alim və ictimai xadim, böyük elm təşkilatçısı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli akademik Akif Əlizadənin 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gerçəkləşən aksiyada bu elmi müəssisənin direktoru akademik Akif Əlizadə özü də iştirak edib.

Aksiya zamanı institut binasının ətrafındakı torpaq sahəsində xan çinarı, şam, iydə, yasəmən, yapon əzgili, dəfnə, eləcə də müxtəlif növ ağac və bəzək kolları əkilib, abadlaşdırma işləri həyata keçirilib.  

Tədbirə institutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və şöbə rəhbərləri də qatılıblar.

Ağacəkmə aksiyasında institutun gəncləri xüsusi fəallıq nümayiş etdiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media