logo
Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Spiker Sahibə Qafarova qonağı salamlayaraq Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini söyləyib. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən  görüşlərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib.

Görüşdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində  parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti vurğulanaraq, hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əməkdaşlığın vacibliyi qeyd edilib.

Spiker Sahibə Qafarova, fevralın 7-də ilk dəfə Azərbaycanın bütün ərazisində, o cümlədən Ermənistan işğalından azad olunmuş ərazilərdə keçirilmiş növbədənkənar prezident seçkilərində Tacikistan deputatlarının müşahidəçi qismində iştirakını yüksək dəyərləndirib.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini Ermənistanın işğalından azad etdiyini, ötən ilin sentyabrında isə lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb. Spiker, hazırda işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin həyata keçirildiyini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb.

Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, Tacikistanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Mahmadtoir Zokirzoda növbədənkənar prezident seçkiləri münasibəti ilə təbriklərini çatdırıb.

Qonaq ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial imkanların olduğunu deyib. Mahmadtoir Zokirzoda qanunverici orqanlar arasında əməkdaşlığın inkişafının və  parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu qeyd edib.

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanın Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasına ev sahibliyini yüksək qiymətləndirərək, qurum çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Mahmadtoir Zokirzoda Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin etməsini mühüm hadisə adlandırıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media