logo
"Yuxuda gördüm atam evə gəlmişdi, onu çox sevirəm" - Emil Rəhmanın mənəvi qızı Zəhra - VİDEO

"Yuxuda gördüm atam evə gəlmişdi, onu çox sevirəm" - Emil Rəhmanın mənəvi qızı Zəhra - VİDEO

"Yuxuda gördüm atam evə gəlmişdi, onu çox sevirəm" - Emil Rəhmanın mənəvi qızı Zəhra - VİDEO "Yuxuda gördüm atam evə gəlmişdi, onu çox sevirəm" - Emil Rəhmanın mənəvi qızı Zəhra - VİDEO

AZXEBER Medianın "Gəl danış” rubrikasının bu dəfəki qonağı mərhum müğənni Emil Rəhmanın həyat yoldaşı Sabrina Qəmzəyeva olub.

innews.media xəbər verir ki, Zəhra ona atalıq edən Emilə olan sevgisindən danışıb.

“Mənim atam gözəl idi. Dərs oxuyurduq, şəkil çəkirdik. Günlərimiz çox yaxşı keçirdi. Məni əyləndirirdi, mahnı oxuyurdu. Atam anamdan yaxşı mahnı oxuyurdu. Mən atama məktub yazmışdım, demişdim ki, “Ata sən orda bir də ölməyəcəksən”. Atamı yuxuda da görmüşəm. Bura evə gəlmişdi, mən də onun üçün meyvə doğramışdım. Gülümsəyirdi. Bir dəfə atamı görmək şansın olsa idi, ona deyərdim ki, “Ata səni çox sevirəm””.

Sabirina, Emilin Zəhra iə bağlı arzularından söz açıb:

“Emilin Zəhra ilə bağlı çox böyük arzuları var idi. Deyirdi onu özüm istədiyim kimi böyüdəcəyəm. Qısqanırdı, qısa geyindirməyə qoymurdu. Deyirdi özüm onu oxudacağam, həkim olmağını istəyirdi. Qız uşağına qarşı çox həssas idi. Mən Emilə çox minnətdaram. Zəhranın tərbiyyəsində onun rolu çox böyük olub”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media