https://innews.media/uploads/news/2024-02/_innews_7460e61424df5f0849e7c34bb_o.jpg
AZAL-ın sabiq rəhbəri Cahangir Əsgərovun ailəsinə məxsus olan “Adore Kompani” MMC nizamnamə kapitalının 100 min manata qədər azaldıldığını elan edib.
Bundan əvvəl şirkətin nizamnamə kapitalı 8 milyon 869,5 min manat təşkil edirdi. Beləliklə, “Adore Kompani” MMC-nin nizamnamə kapitalı 90 dəfəyə qədər azaldılıb.
Şirkət nizamnamə kapitalının azaldılmasının səbəblərini açıqlamır.
“Adore Kompani” MMC 2007-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb.