https://innews.media/uploads/news/2024-02/_innews_27300c7f51d0aed302be3fc48_o.jpg
Artıq musiqi məbədinə çevrilən Azərbaycan Milli Konservatoriyasına tez-tez Azərbaycan məktəblərindən qonaqlar gəlir.
Bu gün Azərbaycan Beynəlxalq məktəbi (TİSA) dan bir qrup müəllim və şagird heyəti ekskursiyaya gəlib. Qonaqlar əvvəlcə Dirijorluq kafedrasının xor və orkestr kollektivlərinin qonağı olub, sonra zəngin kitabxanamızla tanış olublar. Ustad xanəndələrin dərsində iştirak ediblər. Bütün ekskursiya zamanı Rektor Xalq artisti Siyavuş Kərimi şagirdlərə və müəllimlərə məlumat verib, xatirə şəkilləri çəkdirib.
Azərbaycan Milli Konservatoriyasının Rektoru, Xalq artisti Siyavuş Kərimi və idarə heyəti tələbələrlə görüşən Azərbaycan Beynəlxalq məktəbinin şagirdləri bu səmimi görüşdən xoş təəssüratlarla ayriliblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin