logo
Akademik Şahin Mustafayev Özbəkistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb

Akademik Şahin Mustafayev Özbəkistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb

Akademik Şahin Mustafayev Özbəkistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb Akademik Şahin Mustafayev Özbəkistan Elmlər Akademiyasının prezidenti ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Daşkəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik  Behzod Yuldaşev ilə görüşüb.

Görüş zamanı tərəflər qardaş Türk dövlətləri arasında elmi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Akademik  Behzod Yuldaşev Özbəkistan Elmlər Akademiyasında prioritet istiqamətlər üzrə görülən işləri təqdim edib, birgə layihələrlə bağlı fikirlərini bölüşüb.

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin qarşıdan gələn toplantısına hazırlıq məsələlərinin müzakirə olunduğu görüşün sonunda tərəflər elmi əməkdaşlıq potensialının tam şəkildə reallaşdırılması və qarşılıqlı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

İclasda Özbəkistan Elmlər Akademiyasının vitse-prezidentləri Sirociddin Mirzəyev və Bəhrom Abduhalimov və Milli Arxeologiya İnstitutunun direktoru Farhod Maksudov da iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media