logo
2-ci "YAŞAT" düşərgəsinin 2-ci həftəsi  başlayıb

2-ci "YAŞAT" düşərgəsinin 2-ci həftəsi başlayıb

2-ci "YAŞAT" düşərgəsinin 2-ci həftəsi başlayıb 2-ci "YAŞAT" düşərgəsinin 2-ci həftəsi başlayıb

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən 2-ci  “YAŞAT” düşərgəsinin 2-ci həftəsi başlayıb.

İlkin olaraq açılış mərasimində iştirakçılara düşərgənin proqramı  barədə məlumat verilib. Sonra uşaqlar oyun parkında əyləncəli vaxt keçiriblər.

Günə stolüstü idman oyunları üzrə yekun vurulub.

4 iyul tarixindən avqust ayının sonuna qədər reallaşdırılacaq 6 düşərgə ümumilikdə 300-dək  uşağı əhatə edəcək.

Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək.

Düşərgələrdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi MMC tərəfindən təlimlər, “Hackathon”, habelə digər yarışlar və görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcəkdir.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Bank”, “Rabitə Bank”, “Bravo”, “NAR"

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media