https://innews.media/uploads/news/2022-07/_innews_9537713ee76161b208c251a1e_o.jpg
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası 17 iyul tarixində “Rahat” marketlər şəbəkəsi ilə birgə Zabrat qəsəbəsində yerləşən Rahat supermarketdə keçirilib. Aksiya zamanı ümumi tutumu 1858 litr olan plastik butulka yığılıb, iştirakçılara ekoçantalar hədiyyə olunub. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, bugünədək ölkə ərazisində 5 aksiya keçirilib və ən çox butulka təhvili Sumqayıt ərazisində olub.
S.Məmmədovanın sözlərinə görə aksiya yay boyunca davam etdiriləcək.
"Aksiyanın keçiriləcəyi ərazi barədə elan Nazirliyin saytında və sosial şəbəkələrində öncədən paylaşılacaq”.
Nazirlik rəsmisi aksiyalarda iştirak edən bütün vətəndaşlara təşəkkür edib və hər kəsi plastik tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsinə birlikdə dəstək olmağa çağırıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin