https://innews.media/uploads/news/2024-02/_innews_8ff2dd3539872c9bba3807c1a_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının, İnformasiya və sənəd menecmenti fakültəsinin dəstəyi, “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə 412 nüsxə ədəbiyyat hədiyyə edilib.
Hədiyyə olunan ədəbiyyatların içərisində Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, Universitetin professor-müəllim heyətinin fəaliyyətini əks etdirən nəşrlər, həmçinin müəllifi olduqları dərslik və dərs vəsaitləri, bədii əsərlər yer alıb.
Qeyd edək ki, fevral ayının 4-də açılan kitabxana Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə “Simurq” adlandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin