https://innews.media/uploads/news/2024-02/_innews_33d6027c74ce04c356e228cc1_o.jpg
Futbol üzrə Asiya Kubokuna yekun vurulub.
Bu gün baş tutan final matçında İordaniya və Qətər yığmaları üz-üzə gəliblər.
Qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komanda hər üç qolu penaltidən vurub. Əkrəm Afif 22, 73 və 90+5-ci dəqiqələrdə 11 metrlik zərbələri dəqiq yerinə yetirib.
Tarixində ilk dəfə finalda oynamaq hüququ qazanmış İordaniya yığmasında isə Yazan Əl-Naimat (67) fərqlənib.
Ən son xəbərləri səhifəmizdən də izləyin