logo
"Xalq Sığorta"nın sədrinə müavin təyin olunub

"Xalq Sığorta"nın sədrinə müavin təyin olunub

"Xalq Sığorta"nın sədrinə müavin təyin olunub "Xalq Sığorta"nın sədrinə müavin təyin olunub

Məlumata görə, bu, Elmin Ağamirli Nazim oğludur.

O, 2019-cu ilin sentyabrından “Xalq Sığorta” ASC-nin İdarə Heyətinə üzv seçilmişdi. Həmçinin Maliyyə idarəsinin müdiri-baş mühasib vəzifəsində çalışırdı.

Qeyd edək ki, şirkətin İdarə Heyətinin sədri Raman Kurbanaudur.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58.75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media