logo
BDU Elmi Kitabxanası "EBSCO platformasından istifadə imkanları" mövzusunda silsilə vebinarlar keçirib

BDU Elmi Kitabxanası "EBSCO platformasından istifadə imkanları" mövzusunda silsilə vebinarlar keçirib

BDU Elmi Kitabxanası "EBSCO platformasından istifadə imkanları" mövzusunda silsilə vebinarlar keçirib BDU Elmi Kitabxanası "EBSCO platformasından istifadə imkanları" mövzusunda silsilə vebinarlar keçirib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “EBSCO platformasından istifadə imkanları” mövzusunda növbəti silsilə vebinarlar keçirilib.

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində keçirilən vebinarlar EBSCO nəşriyyatının təlim mütəxəssisi İrina Serjanın iştirakı ilə rus dilində və ödənişsiz təqdim olunub.

Vebinarlar “Academic Search Premier nümunəsi əsasında multidissiplinar məlumat bazalarında elmi informasiya axtarışı”, “EBSCO-nun elektron resursları beynəlxalq səviyyəli məqalələrin hazırlanmasında vasitə kimi”, “EBSCO - elektron kitabların yüklənməsi zamanı hansı xüsusiyyətlərə diqqət yetirməli”, “EBSCO elektron resurslarını görünən və istifadəli edən EBSCO Connect platforması”, “EBSCO-nun mobil tətbiqi haqqında bir neçə söz” mövzularına həsr olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media