logo
Misirdə qılıncoynatma üzrə dünya çempionatı keçirilir

Misirdə qılıncoynatma üzrə dünya çempionatı keçirilir

Misirdə qılıncoynatma üzrə dünya çempionatı keçirilir Misirdə qılıncoynatma üzrə dünya çempionatı keçirilir

Misirin paytaxtı Qahirə şəhərində qılıncoynatma üzrə dünya çempionatı keçirilir.

İyulun 16-da kişilərin şpaqa, iyulun 17-də isə qadınların sablya yarışında şəxsi mübarizədə 64-lüyə yüksələn qılıncoynadanlar müəyyənləşib.

Hazırda qadın sablyaçıların dünya reytinqində 1-ci olan Anna Başta mübarizəyə əsas mərhələdən qoşulacaq. Annanın dünya çempionatında ilk rəqibi Dominikan sablyaçısı Heyddis Valentin olacaq.

Digər təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova isə təsnifat mərhələsindən 64-lüyə yüksəlməyi bacarıblar.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Sevil əsas mərhələyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə Qazaxıstan idmançısı Tatyana Prixodkoya 15:13 hesabı ilə qalib gəlib. Sevil əsas mərhələdə ilk görüşünü italyan Eloisa Passaroya qarşı keçirəcək.

Qrupda 3 qələbəsi olan Səbinə Kərimova isə 64-lüyə yüksəlmək üçün pley-offda iranlı sablyaçı Parimah Barzegarı 15:10 hesabı ilə məğlub edib. Səbinə 32-liyə yüksəlmək üçün əsas mərhələnin ilk görüşündə koreyalı Jiyeon Kimə qalib gəlməlidir. Qadın sablyaçıların şəxsi yarışında əsas mərhələnin görüşləri iyulun 20-də keçiriləcək.

Qrupda 3 qələbəsi olan Valeriya Bolşakova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə braziliyalı Luana Pekelmana 14:15 hesabı ilə uduzub.

Kişi şpaqaçıların şəxsi yarışında Barat Quliyev əsas mərhələyə yüksəlməyi bacarıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Barat pley-offda ardıcıl olaraq eston Yuri Salm (15:13) və CAR təmsilçisi Harri Saneri (15:14) məğlub edərək əsas mərhələyə vəsiqə qazanıb. Barat bu mərhələdə lüksemburqlu idmançı Flavio Giannotte ilə qarşılaşacaq. Görüş ayın 19-u keçiriləcək.

Digər təmsilçilərimizdən Kənan Əliyev (3 qələbə) və Ruslan Həsənov (4 qələbə) qrup mərhələsini uğurla adlasa da, pley-offda keçirdiyi ilk görüşdə məğlub olublar.

Kənan Əliyev avstraliyalı Laxlan Krooka (14:15), Ruslan Həsənov isə Küveyt şpaqaçısı Abdulaziz Alşattiyə (8:15) məğlub olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin