logo
BDU-nun tələbələri "Milla" süd emalı zavodunda

BDU-nun tələbələri "Milla" süd emalı zavodunda

BDU-nun tələbələri "Milla" süd emalı zavodunda BDU-nun tələbələri "Milla" süd emalı zavodunda

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə lV kurs tələbələri professor Fərait Əhmədovanın rəhbərliyi ilə “Milla” süd emalı zavoduna ekskursiya ediblər.

Zavodun İstehsalat əməliyyatları departmentinin direktoru Vilay Hirave, Təlim və inkişaf şöbəsinin müdiri Yelena Yusifzadə tələbələrə istehsal prosesində istifadə edilən texnologiyaların xarakteristikası ilə bağlı məlumat veriblər.

Daha sonra tələbələr istehsalat üzrə menecer Vadər Həsənovun iştirakı ilə süd, qatıq, ayran, dondurma, pendir istehsalı və qablaşdırma prosesini əyani izləyib, biotexnoloji analizlərin aparıldığı laboratoriya ilə tanış olublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media