logo
QHT-lərin COP29-la bağlı görüşü zamanı Ermənistanın mədən sənayesinin vurduğu ziyandan danışılıb - VİDEO

QHT-lərin COP29-la bağlı görüşü zamanı Ermənistanın mədən sənayesinin vurduğu ziyandan danışılıb - VİDEO

QHT-lərin COP29-la bağlı görüşü zamanı Ermənistanın mədən sənayesinin vurduğu ziyandan danışılıb - VİDEO QHT-lərin COP29-la bağlı görüşü zamanı Ermənistanın mədən sənayesinin vurduğu ziyandan danışılıb - VİDEO

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən QHT-lərin COP29-la bağlı görüşü zamanı Ermənistanın mədən sənayesinin planetin ekosisteminə vurduğu ziyandan danışılıb

5 fevral tarixində “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vətəndaş cəmiyyəti təşkilatları COP29-da necə iştirak edə bilər” adlı qlobal məsləhətləşmə görüşü təşkil olunub. Görüş onlayn formatda baş tutub. Görüşdə dünyanın müxtəlif ölkələrindən - ABŞ, Kanada, Böyük Britaniya, Moldova, Rusiya, Albaniya, Pakistan, Hindistan, Banqladeş, Nigeriya, Keniya, Zimbabve, Botsvana, İndoneziya, Çad və s. kimi ölkələrdən, o cümlədən, Azərbaycandan, ümumilikdə 80-ə yaxın ekoloji və səhiyyə yönümlü QHT nümayəndəsi, iqlim mütəxəssisləri, universitetlər, beyin mərkəzləri qatılaraq növbəti dəfə Azərbaycanda keçiriləcək BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-la bağlı gözləntiləri barədə öz fikirlərini bölüşüblər. 

Görüş zamanı çıxış edən Beynəlxalq “TUBAE” təşkilatının prezidenti Eliud Emeri Ermənistanda fəaliyyət göstərən xarici şirkətlərin qeyri-şəffaf fəaliyyətindən, onun nəticələrinin ətraf mühitin deqredasiyasına səbəb olmasından danışıb. O qeyd edib ki, dünya dövlətləri tərəfindən qlobal karbonsuzlaşdırmaya doğru ciddi addımlar atıldığı bir zamanda Ermənistanın bu cür hərəkətləri ətraf mühit üzrə bir çox beynəlxalq konvensiyaların tələblərini, o cümlədən, BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tələblərini kobud şəkildə pozur. 

Videonu təqdim edirik. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin