logo
Kubok oyunlarına görə üç klub cərimə ödəyəcək

Kubok oyunlarına görə üç klub cərimə ödəyəcək

Kubok oyunlarına görə üç klub cərimə ödəyəcək Kubok oyunlarına görə üç klub cərimə ödəyəcək

İntizam Komitəsinin iclası keçirilib.

Bu gün keçirilən iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Qəbələ” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media