logo
Ekologiya və sanitariya normaları Bakı metrosunun simasıdır

Ekologiya və sanitariya normaları Bakı metrosunun simasıdır

Ekologiya və sanitariya normaları Bakı metrosunun simasıdır Ekologiya və sanitariya normaları Bakı metrosunun simasıdır

Təhlükəsizlik normalarına görə ən nümunəvilər sırasında

140-dan artıq peşəni özündə birləşdirən mürəkkəb istismar, inşaat və istehsalat sahələrindən ibarət olan Bakı metropolitenində sağlam və əmək şəraitinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, əməyin və texniki təhlükəsizliyin, sanitariya-gigiyena qaydalarına riayət olunması ən mühüm vəzifələrdəndir.

Təhlükəsiz əmək şəraiti nümunəvi xidmətin bazasıdır

Sanitariya-gigiyena qaydalarına riayət olunması ilə bağlı il ərzində 27 stansiya və onları birləşdirən tunel mənzillərində tədbirlər görülüb. Stansiyalarda həşəratlara qarşı 150 min 258 kv.m, iaşə obyektlərində 1500 kv.m, “Bilgəh” sağlamlıq mərkəzində 8 min 700 kv.m, qatarlarda 7 min 200 kv.m və digər obyektlərdə 5 min 38 kv.m dezinseksiya işləri aparılıb. Gəmiricilərə qarşı mənzil yolları, tunel və stansiya şaxtalarında 73 min 819 kv.m, kabel kollektoru və stansiyada xidməti otaqlarda 18 min 196 kv.m deratizasiya işləri qeyd oluna bilər. Müvafiq risklər nəzərə alınmaqla 12 min 450 kv.m. metropoliten ərazisində ilanlara qarşı mübarizə tədbirləri də görülüb. Onu da əlavə edək ki, məhz bu tədbirlərə ciddi diqqət edilməsi, təmizlik işlərinin müntəzəm nəzarətdə saxlanılması sayəsində Bakı metropoliteni bu gün dünyanın ən yaxşı metropolitenləri sırasında yer alır.

Görülən işlərin yekunu olaraq, sərnişindaşımanın təşkilinə təsir edən amillər sırasında fəaliyyəti tənzimləyən tədbirlərin xüsusi əhəmiyyəti var. Bununla bağlı, 24 sahədə iş yerlərində 1608 kompleks və qəfil yoxlama keçirilib, aşkarlanmış irili-xırdalı 314 nöqsan və qüsur aradan qaldırılıb. 41 nəfərə xəbərdarlıq edilib, 6 nəfər mükafata təqdim olunub. Yoxlamadan bəhs etmişkən texniki istismar və intizam qaydaları pozuntularının, səhlənkarlığın qarşısının alınması üçün 2023-cü ildə də ciddi tədbirlər görülüb. Ümumilikdə, bu və digər məqsədlə baş müfəttişliyin iştirakı ilə 314 müşavirə keçirilib.

Əməyin mühafizəsinin norma və qaydaları üzrə təlimlərin keçirilməsi, mütəxəssis hazırlığı, ixtisasartırma və biliklərinin yoxlanılması üzrə komissiyanın işində şöbənin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu mənada 78 saat əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə, 11 nəfərə ultrasəs defektoskopiyası kursları təşkil edilib. 1240 nəfərə giriş təlimatı keçirilib.

Risk potensiallı sahələrdə çalışanlara, o cümlədən qazanxana maşinistlərinə, ilməkçilərə, elektrokar operatorlarına, körpülü kran maşinistlərinə, müxtəlif qaynaqçılara və başqalarına, ümumilikdə, 58 təlim təşkil edilib. Ümumilikdə, işçilərin texniki biliyinin daim yüksəldilməsini təmin etmək üçün Texniki istismar qaydalarının tələblərinə uyğun 3 min 825 nəfərin dövri imtahanları keçirilib.

Təhlükəsizlik meyarı

Qəza-bərpa vasitələri və Təcili texniki yardım məntəqələri işçilərinin praktiki vərdişlərinin artırılması və təkmilləşdirilməsi üçün “Nərimanov” elektrik deposunda dönmə dairəsinin yanında bir vaqonun qoyulması və tunel şəraitinə uyğun bütün avadanlıqların quraşdırılması təmin olunmaqla Təlim-məşq meydançası istifadəyə verilib. Həmçinin dispetçerlərin iştirakı ilə müxtəlif mövzular üzrə personal və digər aidiyyəti işçi heyəti cəlb edilməklə 443 qəza-məşq oyunu keçirilib.

Mühafizə vasitələrinin sınağı laboratoriyasında istismarda olan bütün növ mühafizə vasitələrinin təsdiq edilmiş texnoloji prosesə uyğun sınağı həyata keçirilib. Bununla əlaqədar 1859 cüt dielektrik əlcəkdən 1564-ü, 500 cüt dielektrik qaloşdan 490-ı, 21 dielektrik botdan 19-u yararlı hesab olunub. Qalanları istifadədən çıxarılıb. Həmçinin 411 gərginlik göstəricisi, 639 alət, 12 təcridedici kəlbətin, 14 izoləedilmiş ştanq, 240 təmas relsi tilovu yoxlanılaraq rəy verilib.

2023-cü il Bakı metropolitenində iş yerlərinin attestasiyası da aparılıb. Zərərli əmək, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələrin verilməsi həyata keçirilib. Bu xüsusda 4518 nəfər işçiyə il ərzində 103 min 471 manat 65 dəyərində 43 min 181 litr süd məhsulu verilib. Fərdi mühafizə vasitələrinə 108 min 309 manat 68 qəpik, xüsusi geyim dəstlərinə 105 min 369 manat 51 qəpik xərclənib.

Baş verən bədbəxt hadisələr, əmək şəraitinin yaxşılaşdırılması baxımından fəaliyyətin faydalı və qüsursuz olmasında bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı 81, əmək şəraitinin yaxşılaşdırılması üzrə 76 müxtəlif miqyaslı tədbir və layihənin də rolu olub. Görülən tədbirlər sayəsində təhlükəli hadisə qeydə alınmayıb, 2-sinin qarşısı alınıb. Ən aşağı təhlükəli hadisənin qarşısının alınması məqsədilə 37 xəbərdarlıq edilib. Onu da əlavə edək ki, ilkin yardımla bağlı 18 kurs keçirilib.

Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi ilə əməkdaşlıq da aparılıb. 2023-cü ildə metropoliten obyektlərinə daxil olmuş 5 sahibsiz itin “Toplan”ın dəstəyi ilə ərazidən çıxarılaraq işçilərin təhlükəsziliyinin təmin edilməsinə, eləcə də itlərin müvafiq qayğı və reabilitasiya prosesi ilə əhatə olunacağı məkana aparılması təşkil olunub.

Tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, təhlükəli təsirinin azaldılması ilə ekoloji tarazlığın təmin olunması istiqamətində də işlər davam etdirilib. 2023-cü ildə 2155 litr tullantı yağ, 350 akkumlyator, 35 rele, eləcə də məişət tullantıları aidiyyəti üzrə daşınıb və ya təhvil verilib. Mühüm tədbirlərdən biri “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək məqsədilə batareyaların 9 toplama məntəqəsinin fəaliyyət göstərməsi qeyd oluna bilər.

Ekoloji mühitə “yaşıl” dəstək

Yaşıllaşdırma işinin təşkilində cari və əsaslı tədbirlər il ərzində planlaşdırılmış qaydada təmin edilir. Yaşıllaşdırılmış ərazilərə qulluğun təmin edilməsi və nəzarət mexanizləri gündəlik həyata keçirilir. Bu mənada son illər yaşıllıqlar adasına çevrilmiş və ekoloji mühiti əsaslı dəyişmiş “Nərimanov” elektrik deposu iki böyük və 4 kiçik park, xidməti sahələrin ətrafı, portal, yük həyəti, “Bakmil” stansiyasının ətrafı, idarə aparatının binası, stansiya və obyektlərin ərazisi, “Bilgəh” sağlamlıq mərkəzinə “Xocəsən” elektrik deposu kimi nəhəng ərazi də əlavə olunub.

Təkcə “Nərimanov” elektrik deposunda 2 mindən artıq ağaca, eləcə də müxtəlif növ gül və kollara qulluğu hər mövsümün tələblərinə uyğun edilir. 2023-cü ildə buradakı 3-cü park ərazisində 2 küknar, 14 Eldar şamı, 3 limonotu, müxtəlif qızılgül kolları, yasəmən və s. daxil olmaqla 11 növdə 673 ağac və kol əkilib, 40 kvadratmetr qazon salınıb.

“Xocəsən” elektrik deposu isə artıq 1500-ə yaxın ağacın, həmçinin yüzlərlə gül və kolların əhatəsində olan yaşıllıq zonasına çevrilməkdədir. Bu ərazi vaxtilə bataqlıq, çirkab suları, məişət və sənaye tullantılarından ekoloji cəhətdən ən qeyri-münasib ərazi kimi xəstəliklər mənbəyi idi. Hazırda yeniləşmə prosesi deponun layihəsinə uyğun davam etdirilir. Ərazidən kəskin iy və qoxu tamamilə aradan qaldırılıb. 2023-cü ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının iştirakı ilə keçirilən ağacəkmə aksiyasında mövsümün və ərazinin torpaq təbəqəsinin quruluşuna uyğun olaraq 200 zeytun ağacının əkilməsi xüsusi qeyd edilə bilər. Zeytun ağaclarının küləkdən qorunması üçün torpağa betonlanmış 15 ədəd dəmir boru vasitəsilə 300 metr qoruyucu tirlər qoyulub. Depo ərazisində bundan əlavə daha 5 zeytun və 14 küknar ağacı olmaqla, daha 21 ağac və kolluqdan ibarət yaşıllıq zonası yaradılıb.

“Heydər Əliyev İli” çərçivəsində “Neftçilər” stansiyası yaxınlığında yerləşən şaxta ərazisində salınmış uşaq əyləncə və idman meydançası zonasında isə 45-i çinar olmaqla, 100-ə yaxın ağac və kol əkilib, yaşıllıqlar salınıb. Onun gündəlik qulluğu məqsədilə naryad təyin edilib.

İl ərzində “Bakmil” stansiyası ətrafında da yaşıllaşdırma işləri davam etdirilib. Burada 175 kvadrat metr qazon əkilib və ərazidəki ağaclara aqrotexniki qulluq göstərilir. “Nərimanov” elektrik deposunda Mühafizə və yanğın təhlükəsizliyi xidməti binasının önündəki parkda da 40 kvadratmetr ot örtüklü sahə salınıb.

Qeyd edilənlərə əlavə olaraq, 2023-cü ildə “Koroğlu” stansiyasındakı “Yaşıl ada” dekorativ bitkilər guşəsində 35 sarmaşıq yasəmən və 15 dekoratov qızılgül, “8 Noyabr” stansiyası ərazisində əkilən ağaclar, “Elmlər Akademiyası” stansiyasının girişində palma ağacları zonasında 9 həmişəyaşıl şümşad və 40 kvadratmetr ot örtüklü sahə salınıb. “20 Yanvar” stansiyası ərazisində 112 kvadrat metr ot örtüklü sahə yaradılıb. “28 May” stansiyasının ikinci çıxışı zonasında 13 yeni kol ağacı əkilməklə, 130 kvadrat metr ot örtüklü ərazi salınıb.

Təmizliyin meyar göstəricisi vaqonların

Vaqonların təmizlənməsi gecə dayanma və gündüz qatarlar texniki baxışa daxil olduqca aparılır. Növbə ərzində cari yuma sahəsində 30-33 qatar olmaqla, 2023-cü il ərzində 23 min dəfəyə yaxın qatarların təmizliyi işi aparılır. Təmir sahəsində isə gün ərzində 1-2 qatar olmaqla, il ərzində təqribən 1000-1400 qatar təmizlənərək təhvil verilib.

Yenidən qurulmuş üfürmə kamerasında gün ərzində 1 qatar olmaqla təqribən 212 qatar təmizlənir. Noyabr ayından isə burada da növbəli iş rejimi təmin edilib və qrafik əsasında həftədə 7 qatar olmaqla ümumilikdə 61 qatar yuyularaq, vaqonaltı hissələr üfürülüb.

Vaqonyuma sahəsi tamamilə yenidən qurulduqdan sonra işin keyfiyyəti də artırılıb. Yuma dəzgahından gün ərzində 6-8 qatar olmaqla, il ərzində təqribən 2190-2920 qatar çıxarılır.

Bənövşəyi xətdə həftə ərzində xətdə olan 6 qatar 2 dəfə yuyulur. Ümumi hesabatda burada 2023-cü il ərzində 572 qatar təmizlənib, yuyulub və təhvil verilib.

“Xocəsən” elektrik deposunda təmirdən sonra həftə ərzində 1-2 qatar olmaqla il ərzində təqribən 52-104 qatarı vaqon yuyucuları iç və çöl hissələrdən olmaqla yuyulub təmizlənib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media