logo
Utilizasiya məbləği açıqlandı - SİYAHI

Utilizasiya məbləği açıqlandı - SİYAHI

Utilizasiya məbləği açıqlandı - SİYAHI Utilizasiya məbləği açıqlandı - SİYAHI

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq edilir.

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği

Sıra
№-si

Kateqoriya

Tutulma vaxtı

İstehsal- buraxılış ili

Utilizasiya haqqının məbləği
(manatla)
1. Minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Gömrük rəsmiləşdirilməsi zamanı 4 ildən 7 ilədək olduqda 400
7 il və daha çox olduqda 700
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddə-sinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri Hər dövlət texniki baxışı zamanı 4 ildən 10 ilədək olduqda 10
10 ildən 20 ilədək olduqda 20
20 ildən 30 ilədək olduqda 30
30 il və daha çox olduqda 40

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 62 nömrəli Qərarı ilə

təsdiq edilmişdir. 2 nömrəli əlavə

Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi

  1. Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği aşağıdakı kimi müəyyən edilir:

 

Sıra
№-sı
Nəqliyyat vasitələri Təsnifat Güzəşt məbləği
(manatla)
1.1. Kvadrisikl və təkərləri dörddən az olanlar L 200
1.2. Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar M1, M1G 1500
1.3. İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar N1, N1G 1500
1.4. Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə olunanlar M2, M2G 2000
1.5. İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar N2, N2G 2000
1.6. Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar M3, M3G 3000
1.7. İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar N3, N3G 3000
1.8. Təkərli və tırtıllı traktorlar T, TK, TT 2000
1.9. Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər H, HT 3000
1.10. Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar HK 3000

 

  1. Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği bu Əlavənin 1-ci hissəsində göstərilən müvafiq güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media