logo
ADA Universiteti ilə "Bakı Fond Birjası" QSC əməkdaşlıq edəcək

ADA Universiteti ilə "Bakı Fond Birjası" QSC əməkdaşlıq edəcək

ADA Universiteti ilə "Bakı Fond Birjası" QSC əməkdaşlıq edəcək ADA Universiteti ilə "Bakı Fond Birjası" QSC əməkdaşlıq edəcək

ADA Universiteti ilə “Bakı Fond Birjası” QSC (BFB) arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov imzalayıblar.

Memorandum ADA Universitetinin tələbələrinin təhsil və karyera inkişafı üzrə sıx əməkdaşlığın təmin edilməsini və səylərin birləşdirilməsini nəzərdə tutur.  Razılaşmaya əsasən, Bakı Fond Birjası tələbələr üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyaları, istehsalat və könüllü təcrübə proqramları təşkil edəcək.

Fariz İsmayılzadə qeyd edib ki, biz bu əməkdaşlıqla tələbələrimizə real iş mühitini görmələri və peşəkarlardan dəyərli fikirlər və təcrübələr əldə etmələri üçün şərait yaradırıq. Biz həm də tələbələrimizi dərsliklərdən kənara çıxan öyrənmə metodları ilə tanış edir, onları mütəmadi dəyişən və inkişaf edən sahələrdə uğura hazırlayırıq.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, Memorandumda həmçinin təhsil müəssisəsinin irəli sürdüyü layihələrə  şirkət tərəfdən dəstəyin verilməsi və şirkət əməkdaşlarının bu cür tədbirlərdə qonaq spiker qismində iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, memorandum çərçivəsində birjanın təşkilatçılığı ilə tələbələr üçün BFB-nin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların təşkil edilməsi və müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti yaradılması anından etibarən Azərbaycanın mütəşəkkil kapital bazarı sahəsində təşkil olunmuş yeganə fond birjasıdır. Bu gün Bakı Fond Birjası ümümi ticarət dövriyyəsi 27 milyard manatdan artıq olan, unikal tarixə, kapital bazarının peşəkar iştirakçıları ilə möhkəm münasibətlərə və xarici ölkələrin bir çox fond birjaları ilə tərəfdaşlıq münasibətlərinə malik olan birjadır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media