logo
Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı

Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı

Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sözügedən komanda Serbiya təmsilçisi “Radniçki” ilə qarşılaşıb.

Görüş 1:1 hesabıyla başa çatıb. Məmmədov start heyətdə meydana çıxıb və 30-cu dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.

Bu ay "Qarabağ"dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media