logo
Akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri ilə görüşüb

Akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri ilə görüşüb

Akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri ilə görüşüb Akademik Şahin Mustafayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri ilə görüşüb

Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında görüş keçirilib.

Əvvəlcə nazir Sayasat Nurbek Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Akademiyaya ünvanladığı təşəkkür məktubunu akademik Şahin Mustafayevə təqdim edib.

Daha sonra Şahin Mustafayev Beynəlxalq Türk Akademiyasının ötənilki fəaliyyətinin yekunları və bu il həyata keçirilən əsas layihələr barədə məlumat verib.

Görüşdə Beynəlxalq Türk Akademiyası Elm Şurasının növbəti iclasında müzakirə olunacaq məsələlər, eləcə də türkdilli ölkələr arasında elm və ali təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonda Şahin Mustafayev nazirə minnətdarlığını bildirib, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə çapdan çıxmış Əhməd Baytursınulının əsərlərindən ibarət 5 cildlik akademik tədqiqatı ona təqdim edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media