logo
Şeydayev "Kocaelispor"da debüt etdi

Şeydayev "Kocaelispor"da debüt etdi

Şeydayev "Kocaelispor"da debüt etdi Şeydayev "Kocaelispor"da debüt etdi

Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.

Bu gün Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası "Kocaelispor" autsayder "Altay"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Ramil də "Kocaelispor"da debüt edib. Start heyətdə meydana çıxan hücumçu 72-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə sarı vərəqə də alıb.

Bu nəticədən sonra "Kocaelispor" 39 xalla 3-cü pillədə qərarlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media