https://innews.media/uploads/news/2022-07/_innews_ea21c7e29bdb6ecda962f7b3f_o.jpg
2022-ci ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub. Bunun 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.