logo
Mahirsiz "Dinamo" darmadağın oldu

Mahirsiz "Dinamo" darmadağın oldu

Mahirsiz "Dinamo" darmadağın oldu Mahirsiz "Dinamo" darmadağın oldu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Sözügedən komanda 4-cü turdan təxirə salınmş oyunda Zaqreb “Lokomotiv”i ilə qarşılaşıb.

Paytaxt derbisi “Dinamo”nun məğlubiyyəti ilə bitib – 0:3.

Emreli bu matçın iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

"Dinamo" hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media