logo
"Bacardığımız qədər yaxşı çıxış etməyə çalışdıq" :Azər Bağırov

"Bacardığımız qədər yaxşı çıxış etməyə çalışdıq" :Azər Bağırov

"Bacardığımız qədər yaxşı çıxış etməyə çalışdıq" :Azər Bağırov "Bacardığımız qədər yaxşı çıxış etməyə çalışdıq" :Azər Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 19-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra fikrlərini bölüşüb.

O, 1:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun idi. Üçüncü-dördüncü dövrə bizim üçün maraqlı olacaq. Komandamdan razı qaldım. "Qarabağ"ı təbrik edirəm.

Bu gün yeni yaranmış "Araz-Naxçıvan" Avroliqada komandaları çökdürən kollektivə qarşı oynayırdı. Burda səhvlərimiz görünməli idi. "Qarabağ"la başa-baş oynaya bilməzdik. Oyunçularımızı sınamağa çalışırdıq. "Qarabağ"a qarşı oynamaq çətindir. Bacardığımız qədər yaxşı çıxış etməyə çalışdıq.

"Qarabağ" qarşımızda sədd qoyurdu. Onlar imkan verdikcə oynayırdıq. İkinci hissədə ola bilsin ki, bəzən pressinq etdik, uğurlu alındı.

Hakimlik barəsində nəsə demək olmaz. Gəncdirlər, ciddi səhvləri olmadı”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media