https://innews.media/uploads/news/2024-01/_innews_6b9fe32c2b946510b1cf1daf9_o.jpg
İşğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədlə “SOCAR Petroleum” QSC tərəfindən növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
SOCAR-ın mətbuat xidmətindən innews.media bildirilib ki, SOCAR brendli modul tipli YDS Füzuli şəhərində yerləşir.
Yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Beyləqan, və Füzuli rayonlarının ərazisindən keçir.
“Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kolonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Artıq Qarabağ və Şərqi Zəngəzurda - Füzuli, Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında fəaliyyət göstərən SOCAR brendli YDS-lərin sayı 9-a, ümumilikdə isə ölkə ərazisində 59-a çatdırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin