innews.media xəbər verir ki, tanınmış rejissor, aktyor Natiq Axund “Yaxşılıq bitməzmiş” adlı yeni bir ibrətamiz qısa film ərsəyə gətirib.
Real həyat hekayəsi əsasında çəkilən film mina terrorunun qurbanı olan azyaşlıdan bəhs edir.
Filmin qəhrəmanı olan balaca İshaq real həyatında da atasız-anasız böyüyüb, hazırda nənə-babasının himayəsində yaşayır.
İshaqın atası azərbaycanlı, anası isə iraqlıdır.
Rejissor mətbuata açıqlamasında bildirib ki, uşağa dövlət tərəfindən dəstək göstərilib və o, protezlə təmin olunub. Sadəcə, mövzuya uyğun olsun deyə, çəkiliş zamanı protez çıxarılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin