Fransada “Azərbaycan bağı” və görkəmli şair Xurşidbanu Natəvanın heykəli ilə bağlı böhranlı vəziyyət davam edir.
Bu barədə “AzTV Xəbər”ə birbaşa bağlantıda parkın və abidənin yerləşdiyi Evian-lö Bən şəhərinə ezam olunmuş müxbiri məlumat verib.
Bildirilib ki, Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinə qarşı vandal münasibət davam edir və bağda “Azərbaycan bağı” yazılmış lövhələr hələ də geri qaytarılmayıb.
Abidənin bir hissəsi sındırılıb, bir hissəsi isə qırmızı boya ilə rənglənib.
Ən son xəbərləri səhifəmizdən də izləyin