https://innews.media/uploads/news/2024-01/_innews_ba2048237f57e741b7453a414_o.jpg
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirəcək.
Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistanın “Soqdiana” komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.
Ən son xəbərləri səhifəmizdən də izləyin