logo
Azərbaycan yeni dövrdə yeni uğurlara imza atır

Azərbaycan yeni dövrdə yeni uğurlara imza atır

Azərbaycan yeni dövrdə yeni uğurlara imza atır Azərbaycan yeni dövrdə yeni uğurlara imza atır

Ümummilli  Liderimiz Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətinə böyük uğurlar qazandıran Ölkə Prezidenti cənab İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi və məqsədyönümlülüyü təmin etdi, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsinə real imkanlar açdı, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına möhkəm və etibarlı zəmin formalaşdırdı. Bəli,məhz cənab Prezidentin  xüsusi səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi inkişafın və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə irəliləməsinə səbəb oldu.

Davamlı həyata keçirilmiş islahatlar ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirərək 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb. 2020-ci ilin 27 sentyabrda başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Çox sevindirici haldır ki, bu gün Azərbaycan dövləti qalibdir və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə - doğma Qarabağımızda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Məlum olduğu kimi möhtərəm Prezident bi 10 yanvar 2024-cü il tarixdə yerli televiziya kanallarına müsahibə verib. Cənab Prezident ölkəmizdə baş verən möhtəşəm prosesləri və baş vermiş yeniliklərlə bağlı məhz yeni dövrün başlanğıcı olduğunu, həmçinin bir sıra mühüm tarixi faktları ictimaiyyətin diqqətinə çatdırıb.Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.  

Xüsusilə vurğulanan iqtisadi göstəricilər, ölkədə aparılan genişmiqyaslı işlər, “Böyük Qayıdış” proqramının uğurlu icrası Azərbaycanın hərtərəfli inkişafının və müdrik siyasətin əyani sübutudur. Möhtərəm Prezidentin qeeyd etdiyi kimi;-Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar.  

Həqiqətən də  dövlətimizin başçısı cənab İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, nəyi nə vaxt və necə etmək bacarığı, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti ona imkan vermişdir ki, qarşıya qoyulan vəzifələrə nail olunsun. Bu keyfiyyətlər cənab İlham Əliyevi yeni əsrin yeni lideri səviyyəsinə yüksəltmişdir.Qürurlu hadisədir ki,  Azərbaycan cənab Prezidentin apardığı düzgün siyasət nəticəsində böyük inkişaf yolunda uğurla addımlayır.

 

Milli Məclisin deputatı İlham Məmmədov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media