logo
Xizək Alpinizmi üzrə çıxış edən milli komanda beynəlxalq yarışlarda iştirak edib - VİDEO

Xizək Alpinizmi üzrə çıxış edən milli komanda beynəlxalq yarışlarda iştirak edib - VİDEO

Xizək Alpinizmi üzrə çıxış edən milli komanda beynəlxalq yarışlarda iştirak edib - VİDEO Xizək Alpinizmi üzrə çıxış edən milli komanda beynəlxalq yarışlarda iştirak edib - VİDEO

13-14 yanvar tarixlərində Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Krallığında təşkil olunan İspaniya Kuboku yarışında  iştirak edib. İdmançılarımız Xizək Alpinizminin vertikal növündə öz güclərini sınayıblar.Yarışda milli komandanın üzvü Qalabağıyev Nəbiyulla 30-a yaxın iştirakçı arasında  mübarizə apararaq 4-cü yerə sahib olub.

Qeyd edək ki, Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Kubokundan öncə 7-13 yanvar tarixlərində Fransanın Flaine bölgəsində təşkil olunan Xizək Alpinizmi üzrə Avropa Çempionatında  iştirak edərək, yarışın vertikal növü üzrə mübarizə aparıb. Komandanın üzvləri arasında  Qalabağıyev Nəbiyulla  30 ölkənin  idmançısı ilə yarışaraq 23-cü yerdə qərarlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media