logo
Mərkəzin benefisiarlarının Zirə Mədəniyyət Mərkəzi və eko-parka ekskursiyası təşkil olunub

Mərkəzin benefisiarlarının Zirə Mədəniyyət Mərkəzi və eko-parka ekskursiyası təşkil olunub

Mərkəzin benefisiarlarının Zirə Mədəniyyət Mərkəzi və eko-parka ekskursiyası təşkil olunub Mərkəzin benefisiarlarının Zirə Mədəniyyət Mərkəzi və eko-parka ekskursiyası təşkil olunub

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının Zirə Mədəniyyət Mərkəzi və eko-parkına tanışlıq səfəri təşkil edilib.

Ekskursiya zamanı benefisiarlar Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzində olub, kino zalda cizgi filminə baxıblar. Mərkəzin icraçı direktoru Elnur Sadıqov məktəblilər və tələbələr üçün yaradılmış kurslar, həmçinin eko-parkın xüsusi landşaft dizaynı, nadir bitki aləmi haqqında məlumat verib. "Qədim xalılar" ekspozisiyası, 2 əsrlik tarixə malik Qarabağ xalçası, "Leyli və Məcnun" abidəsi və digər nadir eksponatlar həssas qruplara aid uşaq və yeniyetmələrin marağına səbəb olub. Sonra benefisiarlar eko-parkın ərazisindəki müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası ilə tanış olub, idman trenajor qurğularında məşq ediblər.

Ekskursiya iştirakçıları Quş parkında qorunan 150-dək ekzotik quş, flaminqo və tovuz quşlarını izləyiblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media