logo
Bakının bu ərazisində qaz kəsiləcək

Bakının bu ərazisində qaz kəsiləcək

Bakının bu ərazisində qaz kəsiləcək Bakının bu ərazisində qaz kəsiləcək

"Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən innews.media verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media