logo
Ədəbiyyat İnstitutunun əməkdaşı "4Sİ Akademiyası" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib

Ədəbiyyat İnstitutunun əməkdaşı "4Sİ Akademiyası" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib

Ədəbiyyat İnstitutunun əməkdaşı "4Sİ Akademiyası" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib Ədəbiyyat İnstitutunun əməkdaşı "4Sİ Akademiyası" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi Zərifə Qasımova AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşəbbüsü ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib.

Qeyd edək ki, sözügedən layihə AR İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və ABŞ-ın “Coursera” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.

Z.Qasımova layihə çərçivəsində Pensilvaniya Universitetinin “English for career development” və “DeepLearning.AI” şirkətinin “AI for Everyone” kurslarını müvəffəqiyyətlə başa vurduğuna görə “Coursera” platforması tərəfindən sertifikatlarla təltif olunub.

Qeyd edək ki, 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platforması olan “Coursera”da Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın ən nüfuzlu universitetin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada, həmçinin “Google”, IBM, “Microsoft”, “Amazon”, “Meta” kimi qabaqcıl texnologiya şirkətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media