logo
BDU-da "Xəyal dünyamızın sərbəstliyi" adlı rəsm müsabiqəsi

BDU-da "Xəyal dünyamızın sərbəstliyi" adlı rəsm müsabiqəsi

BDU-da "Xəyal dünyamızın sərbəstliyi" adlı rəsm müsabiqəsi BDU-da "Xəyal dünyamızın sərbəstliyi" adlı rəsm müsabiqəsi

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “Kreativ idealar” klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xəyal dünyamızın sərbəstliyi” adlı rəsm müsabiqəsi keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Əvvəlcə müsabiqə iştirakçıları əsərlərində ifadə etdikləri ideyaları səsləndiriblər. BDU-nun müxtəlif fakültələrindən tələbələrin qatıldığı və 14 əsərin nümayiş edildiyi müsabiqənin nəticələrinə əsasən, Eltun Xurşudovun “Heydər Əliyev” əsəri I, Leyla Kərimovanın “44 günlük müharibə” əsəri II və  Nəzrin Əliyevanın “Keçmişin izləri” adlı əsəri III yerə layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media