Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov və Gürcüstanın Enerji İnkişafı Fondunun (GEDF) direktoru Caba Xmaladzenin iştirakı ilə onlayn görüş keçirilib.
Görüşdə iki ölkənin bərpa olunan enerji layihələri, bu istiqamətdə dövlət tərəfindən dəstək mexanizmləri barədə məlumat verilib.
Ölkələr arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, hökumət tərəfindən investorların cəlb edilməsi üzrə qarşılıqlı bilik və təcrübə mübadiləsi müzakirə edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin