logo
Cari ilin 11 ayı ərzində qeydə alınan bəzi statistik göstəricilər "Açıq qapı"da

Cari ilin 11 ayı ərzində qeydə alınan bəzi statistik göstəricilər "Açıq qapı"da

Cari ilin 11 ayı ərzində qeydə alınan bəzi statistik göstəricilər "Açıq qapı"da Cari ilin 11 ayı ərzində qeydə alınan bəzi statistik göstəricilər "Açıq qapı"da

“2023-cü ilin yanvar-noyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 408 688 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 55,6 %-i), 932 368 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 36,8 %-i) və 192 554 abonent 25 qəpik tariflə (ümumi abonentləin 7,6 %-i) təbii qazdan istifadə edib”. Bu sözləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisi cari ilin 11 ayı ərzində 104/185 Çağrı Mərkəzinə daxil olan müraciətlərlə bağlı məlumatı da media nümayəndələrinin diqqətinə çatdırıb. “2023-cü ilin əvvəlindən dekabr ayına qədər 857 692 müraciət daxil olub ki, əsasan sayğaclarla bağlı və məlumat xarakterli müraciətlərin sayı üstünlük təşkil edib”, - deyə şöbə rəisi bildirib. Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media