https://innews.media/uploads/news/2023-12/_innews_ac68147d428762e892ffdf5a1_o.jpg
Nəzərinizə çatdırırıq ki, internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır. Bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq. Verilən məlumata görə profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur. Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik.
Ən son xəbərləri səhifəmizdən də izləyin