logo
Elm və Təhsil Nazirliyindən yeni TƏYİNATLAR

Elm və Təhsil Nazirliyindən yeni TƏYİNATLAR

Elm və Təhsil Nazirliyindən yeni TƏYİNATLAR Elm və Təhsil Nazirliyindən yeni TƏYİNATLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.

Qeyd edək ki, bundan öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin