logo
Tanınmış jurnalist Ramilə Qurbanlı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

Tanınmış jurnalist Ramilə Qurbanlı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

Tanınmış jurnalist Ramilə Qurbanlı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib Tanınmış jurnalist Ramilə Qurbanlı BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

Tanınmış jurnalist Ramilə Qurbanlı BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələrinə ustad dərsi keçib.

“Mediada ixtisaslaşma” fənni çərçivəsində qonaq olan jurnalist mədəniyyət və incəsənət jurnalistikası haqqında tələbələrə ətraflı məlumat verib. Tanınmış jurnalist mədəniyyət və incəsənət jurnalistikasının özəllikləri, dil-üslub xüsusiyyətləri, janr müxtəlifliyi, yazı texnikası, bu sahədə etik qaydaları əyani misallarla izah edib. Tanınmış mədəniyyət xadimləri ilə müsahibələr zamanı yaşanan maraqlı məqamları, xatirələrini bölüşüb.

İnteraktiv formada keçən dərsin sonunda Ramilə Qurbanlı tələbələrin suallarını cavablandırıb və onlara öz kitablarını hədiyyə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media