Monakoda şahzadə II Albertin şərəfinə sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” Reqatası keçirilib. Sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən olan 22 komandanın tərkibində 110 idmançı iştirak edib. Azərbaycanı bu yarışda yığma komandamızın üzvü Diana Dımçenko təmsil edib.
Diana “Çağırış Kuboku-2023” Reqatasında qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4000 metr məsafəyə keçirilən yürüşlərdə Diananın komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin