Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Şəki 1 saylı mediasiya təşkilatının rəhbəri Dərya Yaşarlı, Bakı 14 Saylı Mediasiya Təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Qusar Mediasiya Təşkilatının rəhbəri Radik Kazımov və Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov Naxçıvanda yerləşən mediasiya təşkilatının ofis şəraiti ilə tanış olublar. Ofis ilə tanışlıqdan sonra mediasiya sahəsindəki yeniliklərdən danışılıb, gələcək hədəflər müzakirə edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin