Cənab Prezident İlham Əliyevin apardığı bütün islahatlarda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin hər bir bölgəsinə olan diqqət mühüm yer tutur.
Naxçıvan Muxtar Respublikasına olan səfərimizin yekunları ilə bağlı qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikasında aparılan islahatlarda Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri birmənalı olaraq ən yüksək səviyyədə icra edilir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfli və rəhbərlik etdiyi komandanın gərgin əməyi nəticəsində Muxtar Respublikada qısa zamanda aparılan mütərəqqi dəyişiklikləri, gözəl işləri sayıb, bitirmək mümkün deyil.
Bütün sahələrdə görülən və gərgin əməyin nəticəsi olan işlərdən qürur duyduq. Şəffaflığın artırılması, vətəndaş yönümlü fəaliyyət, vətəndaş məmnunluğu, investisiya mühiti üçün yaradılan şəraitlə yerində tanış olmaq və canlı görmək çox xoş oldu.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı - mediasiya” mövzusunda Naxçıvan Muxtar Respublikasında təşkil etdiyimiz birgə Konfransın yüksək səviyyədə keçirilməsinə görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, hörmətli Fuad Nəcəflyə dərin təşəkkür edirik.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov
Ən son xəbərləri səhifəmizdən də izləyin