https://innews.media/uploads/news/2023-11/_innews_0d885e58c22b938f06902cf5b_o.jpg
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Ülviyyə Həmzəyeva və Səttar Möhbalıyev 23-24 noyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək “Qərbi Azərbaycan: qayıdışa gedən yol” mövzusunda beynəlxalq konqresdə iştirak edəcəklər.
Millət vəkilləri, həmçinin, Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” adlı festivala da qatılacaqlar.